Xəbər lenti

   

ABŞ rəhbərliyi dünən rejimə yaxınlığı ilə bilinən 9 nəfərə, o cümlədən İran hökumətindəki vəzifəli şəxslərə, habelə İranın dini lideri Əli Xameneinin oğlu Müctəba Xameneiyə qarşı yeni sanksiyalar tətbiq edib.

Ovqat.com xəbər verir ki, sanksiyalara məruz qalanlar terrorizmi dəstəkləmək, bölgədə xaos yaymaq, ABŞ agentləri və əsgərlərinə qarşı cinayət törətmək kimi məsələlərdə günahlandırılırlar.

Yeni sanksiyaların 1979-cu ildə 55 amerikalı diplomatn girov götürüldü və 444 gün əsir saxlanıldığı ABŞ-ın Tehrandakı səfirliyinə hücumin 40-cı ildönümünə təsadüf etməsi diqqətçəkicidir.

ABŞ dünən 2007-ci ildə İranın Kiş adasında itkin düşən keçmiş FTB agenti Robert Levinsonun yerini xəbər verənə 20 milyon dollar mükafat ödəniləcəyini də açıqlayıb. Ağ ev yoxa çıxdıqdan bəri xəbəri alınmayan Levinsonu ABŞ-a qaytarmaq istəyir.

ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dünən İran Silahlı Qüvvələrinə və Xameneiyə yaxın 9 nəfərə tətbiq etdiyi sanksiyaların önəminə belə aydınlıq gətirib: "Bu addım Xameneinin repressiya siyasətini məhdudlaşdırmaq üçün atıldı".

Sanksiyaların hədəfə aldığı şəxslər arasında 2009-cu ildə küçələrə tökülən insanların təqibində və işgəcəyə məruz qalmasında rol oynamaqda şübhəli bilinən İranın məhkəmə hakimiyyətinin başçısı İbrahim Rəisi (xalq arasında ona ayətullahi-qətliam da deyilir), Xameneinin Baş Qərargah rəisi Məhəmməd Golpayegani və dini liderin baş müşaviri Əli Əkbər Vilayəti də var. Vilayəti İranın Xarici İşlər naziri olduğu dövrlərdə Suriya prezidenti Bəşər Əsəd rejiminə verilən kredit limitlərinin vaxtının uzadılmasında oynadığı rola və Argentinadakı yəhudi mərkəzinə edilmiş və 85 nəfərin ölümü ilə nəticələnən hücumun arxasında durmaqda ittiham olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 956          Tarix: 5-11-2019, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma