Dünən İranın paytaxtında Ukrayna Hava Yollarına aid bir sərnişin təyyarəsinin qəzaya uğramaması barədə məlumat yayılmışdı. Məlumatda o da bildirilirdi ki, təyyarənin qəzaya uğrama səbəblərini araşdırmaq üçün “qara qutu”nu istəyən “Boeing” şirkətinə rədd cavabı verilmişdi. Bu da təyyarənin texniki səbəblərdən qəzaya uğramaması, qəsdən vurulması barədə şübhələri artırmışdı.
Ovqat.com xəbər verir ki, İranın sosial şəbəkələrində yayılan şəkil və videolar da bu ehtimalı gücləndirir. Təyyarənin qalıntılarının yanında "9К330" zenit-raket kompleksinə aid hissələr tapılıb. Üstəlik, təyyarənin gövdəsində və qanadı üzərində qəlpə yerlərinin görüldüyü idda olunur.
Təyyarədə yolçuluq edən və hamısı ölən 167 sərnişin və doqquz ekipaj üzvünün cəsədlərinin geniş ərazilərə səpələnməsi də təyyarənin göydə parladığını göstərir. Qəzadan əvvəl təyyarənin göydə yandığına dair görüntülər də var. Bütün bu dəlillər isə təyyarənin “9К330" zenit-raket mərmisiylə vurulduğuna işarədir.
Paylaş: