Xəbər lenti

 

Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarənin ayrıntıları ortaya çıxdı.

“Hürriyyət”in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təyyarədə 11 qadın olub. Təyyarənin kapitan pilotu Beril Gebeş, ikinci pilotu Məlikə Qüvvət, sərnişinləri iş adamı Hüseyn Başaranın qızı 28 yaşlı Mina Nail Başaran və onun 7 rəfiqəsi imiş.  Qızlar Mina Nail Başaranın subaylığa vida səfərindən geri qayıdırmışlar.

 Türkiyənin Tehran Səfiri Hakan Tekin təyyarədə 3-ü ekipaj, 8-i sərnişin 11 nəfərin olduğunu təsdiqləyib. Tekin təyyarənin düşdüyü yerin müəyyən edildiyini və xilasedici qrupların qəza zonasına çatmağa çalışdığını söyləyib. Hakan Təkin təyyarənin niyə qəzaya uğradığı barədə  hazırda hər hansı bir məlumat olmadığını ifadə edib.

 Mina Bacaran təyyarə qəzasından 1 gün əvvəl sosial media hesabından yuxarıdakı şəkili paylaşıb. Fotoşəkildə bu adlar yer alır: Mina Bacaran, Zeynəb Coşqun, Ayşe And, Bürcü Urfalı, Əsli İzmirli, Liana Hananel, Jasmin Baruh və Sinəm Akay.

 Mina Başaran və 7 rəfiqəsi Dubaya "nigahsızlığa vida” partiyasına gediblər və qayıdarkən dəhşətli qəza yaşanıb.

 İş adamı Hüseyn Nail Başaranın iki xüsusi təyyarəsinin olduğu bidirilir. Bu təyyarələrdən biri daha uzun mənzilli Global Express (reyestri TC-FRK), digəri isə İranda düşən Challenger 604 idi.

 

 İki motorlu Challenger 604 Kanadalı Bombardier şirkətinin məhsuludur. Ortamənzilli təyyarənin sərnişin tutumu 12 nəfərlik imiş.  Başaran Holdinqe aid təyyarə 2001-ci ildə istehsal olunub.




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 12-03-2018, 01:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma