Xəbər lenti

 

ABŞ İranda qəzaya uğrayan sərnişin təyyarəsində Ukraynaya çox mühüm məlumat ötürüb.

Ovqat.com xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko bildirib.

Nazir məlumatın təfsilatı barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, 9-u epikaj heyəti olmaqla, 176 nəfərin ölümüylə nəticələnən təyyarə qəzasının raketlə düşürülməsinə dair çox ciddi şübhələr var. İran bu iddiaları yaxına buraxmasa da, “qara qutu”nu istəyən Boeing şirkətinə rədd cavabı vermişdi.

Pentaqon da dünən axşam İranda qəzaya uğrayan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin “Tor” zenit-raket sistemindən vurulduğunu iddia etmişdi. Bu barədə Pentaqondakı mənbələrə, habelə ABŞ və İraqdakı xüsusi xidmət orqanlarına istinadən “Newsweek” jurnalı məlumat yaymışdı.

Ovqat.com isə dünən səhər 8-də bu iddialarla çıxış etmiş və şübhələrə dair dəlilləri paylaşmaşmışdı.

https://ovqat.com/manset/35871-randa-qzaya-urayan-tyyar-slind-vurulubmu-sasl-dlillr-var.html




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 10-01-2020, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma