Qasim Süleymaninin öldürülməsini İran rəsmi mediası da təsdiqləyib.
Ovqat.com xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Qasim Süleymani İraqa səfəri çərçivəsində təyyarədən enərkən hava hücumuna məruz qalıb.
Əfsanəvi generalla yanaşı onu qarşılamağa gələn Həşdi-Şabi Qüvvələrinin komandanının köməkçisi Əbu Mehdi əl-Mühəndis də öldürülüb.
Pentaqonun yaydığı məlumata əsasən, hücum nəticəsində generallar tikə-tikə parçalanıb. Qasim Süleymaninin parçalara ayrılmış üzünün bir hissəsindən öldürüldüyü təsbit olunub.
Əməliyyat əmrinin ABŞ prezidenti Donald Trampdan gəldiyi bildirilir. Qeyd edək ki, Tramp iki gün əvvəl İraqdakı ABŞ səfirliyinə hücumdan İranı məsul tutmuş və bədəlinin ağır olacağını bildirmişdi. Əməliyyatdan sonra Tramp öz Twitter səhifəsində ABŞ bayrağının şəkilini paylaşıb.
Ovqat.com
Paylaş: