Xəbər lenti

  

İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı casus şəbəkəsi aşkarlayıb.

Ovqat.com İran dövlət televiziyasına istinadən xəbər verir ki, şəbəkənin 17 üzvü həbs olunub.

İran Kəşfiyyat Nazirliyinin məlumatına görə, onlardan bəzilərinin yer üzündə fəsad çıxarmaq maddəsilə mühakimə olunacaq. İttiham öz təsdiqini taparsa, casusları edam cəzası gözləyir.

İran rəsmiləri casusların MKİ tərəfindən hazırlanaraq ölkəyə sızdırıldığını iddia edirlər:

“Casusların məqsədi İranın narazı bölgələrində iğtişaşları qızışdırmaq olub”.

Qeyd edək ki, İran ölkədə narazılıq artan kimi geniş səs-küy yaradan "casus şəbəkəsi" aşkarlayır.




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 22-07-2019, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma