3 fevral 2020-ci ildə İdlibdə Suriya ordusunun intensiv artilleriya atəşi nəticəsində 4 Türk əsgəri şəhid olmuş, 1-i ağır olmaqla 9 əsgər yaralanmışdır.
Ovqat.com xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.
Qeyd edək ki, Soçi razılaşmasına əsasən, İdlib Türkiyənin nəzarətinə verilmiş və vilayətdə 12 müşahidə postu qurulmuşdu. Ötən ayın 15-dən etibarən Rusiya Hava Qüvvələrinin müşaiyyətilə başladılan İdlib əməliyyatı zamanı Türk əsgərləri həmin postları tərk etməmişdilər. Döyüşlər isə həmin postların tam yaxınlığında gedirdi.
Türkiyə prezidenti bir müddət əvvəl Putinə səslənərək bu döyüşləri dayandırmağı tələb edərək demişdi: “Dayandırdınız dayandırdınız. Dayandırmasanız, bizim də səbrimiz tükənəcək. Bundan sonra lazım olanı edəcəyik”.
***
Türkiyə Suriya ordusunun raket zərbəsinə cavab verib.
Türkiyə prezidenti R.T.Ərdoğanın sözlərinə görə, saat 06.15-dən etibarən 46 hədəfə 122 fırtına topu, 100 minaatan zərbəsi endirilib.
Paylaş: