Xəbər lenti

 

“Bəşər Əsəd rejim ordusu və İranın dəstəklədiyi xarici terror qruplaşmalarından ibarət olan rejim qüvvələri Rusiyanın "İdlib Gərginlik Bölgəsi"nin sərhədlərindəki yaşayış məntəqələrinə hücumları çərçivəsində ilk dəfə ərazi ələ keçirdi”.

Ovqat.com xəbər verir ki, məlumatı Türkiyənin rəsmi xəbər agentliyi olan Anadolu Ajansı yayıb.

Rəsmi informasiya kanalında açıq şəkildə İranın xarici terror qruplaşmalarını dəstəklədiyini bildirməsi iki dövlət arasında bir neçə il əvvəl yaranan xoş münasibətlərin getdikcə pozulduğundan xəbər verir. Bilindiyi kimi, ilk dəfə 22 noyabr 2017-ci il tarixində Soçidə keçirilən sammitdə Rusiya, Türkiyə və İran prezidentləri bir araya gəlmiş və Suriya məsələsini masaya yatırmışdılar. Daha sonra Qazaxıstanın Astana şəhərində keçirilən sammitlərdə ölkə rəhbərləri fikir mübadiləsini davam etdirmiş, 4 aprel 2018-ci ildə Ankarada, 7 sentyabr 2018-ci ildə Tehranda və nəhayət, 14 fevral 2019-cu ildə Soçidə yenidən bir araya gəlmişdilər. Əldə edilən razılaşmalara əsasən, Suriyanın müxtəlif bölgələrinə nəzarət bu 3 dövlətdən birinə həvalə edilmişdi. Türkiyənin payına isə İdlibə etmək düşmüşdü. Rəsmi Ankara öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün İdlibdə 12 müşahidə postu qurmuş və Suriya danışıqları bitənədək bölgədəki müxalif qüvvələrin qarşı tərəfə hücumlarının qarşısını almışdı.

Bu ilin 17 yanvarından etibarən isə Surya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə İdlib Gərginlik Bölgəsinin sərhədləri daxilindəki qərb və cənub kəndlərinə quru hücumuna başlamışdı. Dolayısıyla Astana sammiti çərçivəsində əldə edilən razılaşma pozulmuşdur. D

ünən rus təyyarələrinin müşayiətilə İdlibin ən böyük qəsəbi Marat əl-Numanı zəbt edən Suriya ordusu bu əməliyyatı ilə faktiki vilayətin müxtəlif əraziləri arasındakı irtibatı kəsmiş və Türkiyənin müşahidə postlarından bəziləri əks tərəfdə qalmışdı. Türkiyə Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bu əməliyyat qınansa da, Rusiyanın adı çəkilməmişdi.

Rusiyaya sərt tənqid atəşi isə bu gün prezident R.T.Ərdoğandan gəldi. Afrika səfərindən qayıdan Türkiyə prezidenti İdlib əməliyyatını kəskin tənqid atəşinə tutarkən, Rusiyanın adını hallandırıb. O, Rusiyanı Astana sammitinə sadiq qalmamaqda günahdırıb: “Soçi və Astanada Rusiya ilə bəzi danışıqlar və razılaşmalar oldu. Rusiya bu müqavilələrə sadiq qalsa, biz də eyni sədaqətlə yolumuza davam edəcəyik. Təəssüf ki, Rusiya Astana və Soçi prinsiplərinə sadiq deyil”.

Rusiya hərbçiləriylə danışdıqlarını bildirən Rəcəb Tayib Ərdoğan onlara sərt mesajlar verdiklərini də gizlətməyib: “Biz rusiyalı tərəf müqabillərimizə dedik ki, İdlibdə bu bombalamaları dayandırın. Dayandırdınız, dayandırdınız, dayandırmasanız, bizim də səbrimiz tükənəcək. Bundan sonra lazım olanı edəcəyik”.

 

Suriyadan gələn məlumatlara görə, Rusiya hücumları dayandırmaq fikrində deyil. Rus təyyarələrinin hava dəstəyi ilə Suriya ordusu bu gün daha 4 yaşayış məntəqəsini ələ keçirib. Bildirilir ki, tərəflər arasında günlərdir davam edən şiddətli qarşıdurmalardan sonra Xan Tuman, Zeytun təpəsi, "Jurnalist evləri" və 5-ci Rəşid bölgələri rejim qüvvələrinin nəzarəti altına keçib. Döyüşlərin artıq Türk ordusunun müşahidə postlarının yaxınlığında gedir. Təhlükə ilə burun-buruna qalmalarına baxmayaraq, türk əsgərləri hələ də öz postlarındadırlar. Bu da Türkiyənin nigaranlığını artırır.

Türkiyə rəsmi kanallarının həm Rusiya, həm də İran əleyhinə sərt bəyanatlar verməsi, xüsusilə prezident Rəcəb Tayib Ərdoğanın Moskvaya ünvanlanmış mesajları regional dövlətlərin yenidən qarşı-qarşıya dayanacağını göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 608          Tarix: 29-01-2020, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma