Xəbər lenti

 

Ovqat.com artıq 2 aydır ki, bar-bar bağırıb Azərbaycan yetkililərini koronavirusla bağlı təcili tədbirlər görməyə çağırır. Bizimkilər isə deyəsən indi oyanıblar.

Bu gün iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanandan sonra rəsmi xor başladı. Əvvəl Nazirlər Kabinetinin yanında koronavirusla mübarizə məqsədilə yaradılan operativ qərargah bu faktı rəsmən elan etdi. Daha sonra Nazirlər Kabineti fevral tarixində saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr müddətində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağladı. Ardınca digər dövlət qurumları da rəsmi xora qoşuldular.

 

Arada AZAL xaric oxumağa səy göstərsə də, görünür, yuxarılarda biriləri Cahangir Əsgərova özfəaliyyət azadlığının sərhədlərini göstərdi və belə məsələlərdə pul qazanmaq eşqinə düşməyin dövlətə, millətə, yumşaq desək, vurulmuş zərbə olduğunu xatırlatdı. Nəticədə bir gündə 3 dəfə İrana uçuşlarla bağlı qərarını dəyişən AZAL sonunda əlini döşəyə vurmalı oldu.

Ən dəhşətlisi isə odur ki, hər kəsdən əvvəl qabağa düşüb koronavirusla mübarizə üçün səsini qaldırmalı olan XİN ən son xora qoşulan dövlət qurumu kimi tarixə düşdü.

Nazirliyin Mətbuat xidməti idarəsi bu axşam məlumat yayaraq, İranda olan vətəndaşlarımızı geri çağırdı. Nazirliyin yaydığı məlumata görə, vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün ölkəmizin Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir: “Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

  

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

 

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

 

Telefon: (+98 910) 559 56 10

 

(+9821) 22 55 82 99

 

(+9821) 22 55 42 55

 

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

 

ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

 

Telefon: (+98 902) 095 13 83

 

(+98413) 333 48 02/04”

Vəssəlam, şüt-təmam

Nazirliyin bu bəyanatını 2 ay gecikmiş sənəd saymaq olar. Ən azı ona görə ki, Ovqat.com məhdud imkanları ilə koronavirusun ərazimizə gəldiyini məhz 2 ay əvvəl bildirmişdi. Bir ölkənin ki qazdan ayıq olmalı olan XİN-nin rəhbəri yuxuya doya bilmirsə, məhdud imkanlı sayt qədər də sayıq deyilsə,onun iki aydan sonra verdiyi bəyanatın xeyri nədir?

 

Təsəvvür edin ki, İranda oxuyan tələbələr təhlükəni Elmar Məmmədyarovdan daha tez anlamış və öz təşəbbüsü ilə Azərbaycana qayıtmışlar. İndi həmin tələbələr heç bir lazımi resurslarla təchiz olunmayan xəstəxanalarda karantin altına alınıblar. Sözsüz ki, bütün bunların hamısının günahı təhlükəni vaxtında təsbit edə bilməyən XİN və Səhiyyə Nazirliyinin yetkililəridir. Onlar hökuməti vaxtında xəbərdar etsəydi, bu qabiliyyətləri yoxdusa belə, duyduğu məlumatları bar-bar bağıran mətbu orqanların sözlərinə qulaq assaydı, bu gün virus təhlükəsinə indiki kimi qəfil yaxalanmazdıq.

İndisə daha çətin dövr başlayır. İrandan tökülüb gələn koronova virusuna yaxalanmış vətəndaşlarımızı harda və necə saxlayacağıq-İranda təhsil alan tələbələrə zülm yaşatdığımız Cəlilabad, Astara və Biləsuvar Mərkəzi Xəstənalarındamı? Hansı ki, oraya sağlam adamı qatsan, xəstə çıxar. Vaxtında görülməyən proflaktik tədbirlər, belə görünür ki, Azərbaycanı yaxın günlərdə koronavirusla ağır imtahana çəkəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 530          Tarix: 29-02-2020, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma