Xəbər lenti

  

Bu parlamentin ömrü uzun olmayacaq”.

Ovqat.com xəbər verir ki, Azərbaycan siyasətinin “dərin adamı” kimi tanınan Eldar Namazov Milli Məclis seçkilərinə həsr etdiyi növbəti video-çıxışında bu iddianı irəli sürüb.

Onun fikrincə, növbədənkənar seçkilərlə formalaşdırılan son parlament keçid dövrü üçün nəzərdə tutulub və bir və ya iki ildən sonra öz missiyasını yerinə yetirərək istefaya gedəcək. Onun əsas missiyası isə Konstitusiyada dəyişikliklər aparmaqdır.

Eldar Namazovun təxmininə görə, bu önəmli dəyişikliklər üçün isə referendum keçirilməlidir. Referendumda dəyişilməsi nəzərdə tutulan maddələr əsasən bu istiqamətləri əhatə edəcək:

1.İcraedici hakimiyyət qolunda islahatlar

     a)Nazirlər Kabinetinin ləğvi;

     b)Vitse-prezidentlik institunun çoxnəfərlikdən imtina edib təknəfərliyə endirilməsi.

2.Qanunverici hakimiyyət qolunda islahatlar

     a)Parlamentin tərkibinin artırılması;

     b)Proporsional seçki sisteminin bərpası;

     c)MSK-nın tərkibinin və müəyyənləşmə formasının dəyişdirilməsi.

Dərin adamın fikrincə, xüsusilə parlament sistemində aparılacaq dəyişikliklər Milli Məclisə yenidən seçkilər keçirməyi labüdləşdirəcək.

O, həmçinin bildirib ki, son parlament seçkilərində islahatçı komandanın ciddi namizədlər siyahısıyla çıxış etməməsi də bununla bağlı idi. Nədən ki, növbəti dəfə özünüburaxmış parlamentin üzvü statusunu daşımaq əsas komandanın həm bəlli olmasına, həm də nüfuzunun aşağı salınmasına yol aça bilərdi. Odur ki, hakimiyyətdəki islahatçı qanad son seçkilərə əsas komandasını yox, yedək heyətini çıxarmışdı. Seçkilərinin açıq-aşkar şəkildə saxtalaşdırılması da islahatçı qanadın yanılmadığını göstərdi. Çünki bu total saxtalaşdırmada məqsəd islahatçı komandaya saxtakar damğası vuraraq, əsas namizədlərin reputasiyasını ləkəmək idi. Hakimiyyətdəki islahatçılar isə bu təhlükəni əvvəlcədən sezdiyinə görə, son seçkilərə yedək heyətlə getmişdi.

Olduqca ilginc iddiaların yer aldığı video-çıxışı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 7 779          Tarix: 4-03-2020, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma