Xəbər lenti

  

“Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir”.

Ovqat.com-a bu məlumat İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən daxil olub.

Məlumatda həmçinin qeyd olunur:

“Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar.

Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.

Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur.

Səfirlik  İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir”.

Səfirliyin mətbuat xidməti 5 mart 2020-ci il tarixli açıqlamasında o da bildirir ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 779          Tarix: 5-03-2020, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma