Xəbər lenti

  

Moskvada koronavirusla mübarizə tədbirləri çərçivəsində komendant saatı elan olunub.

Ovqat.com xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqonun bu gün imzaladığı 119 saylı Əmrlə Rusiyanın paytaxtında axşam saat 20-dən səhər saat 5-ə qədər küçələrdə hərəkət məhdudiyyəti qoyulub. 

Əmrdə komendant saatının tətbiqi Moskvada vəziyyətin ağırlaşması və şəhərin müdafiəsı səbəbilə əlaqələndirilib.

Komendant saatı martın 30-dan etibarən həyata keçiriləcək və moskvalılar nə piyada, nə də maşınla hərəkət edə biləcəklər. 

Qeyd edək ki, Rusiyada bir neçə gün əvvəl də Moskvada koronavirusla əlaqədar komendant saatı tətbiq olunması barədə məlumatlar yayılmış, daha sonra bu, rəsmi qurumlar tərəfindən yalanlanmışdı.

 Bu gün isə sosial şəbəkələrdə Müdafiə naziri Şoyqunun bununla bağlı imzaladığı Əmrin surəti yayılıb.

Əslində Moskvada fövqəladə vəziyyət martın 5-dən etibarən həyata keçirilir. Məlumata görə, Moskva meri Sergey Sobyanin martın 5-də paytaxtda yeni bir koronavirus infeksiyası yayılması təhlükəsi səbəbindən yüksək xəbərdarlıq rejiminin tətbiqi barədə sərəncam imzalayıb. Sənəddə deyilir ki, koronavirusun yayıldığı ölkələrdən qayıdan vətəndaşlara 14 gün müddətinə özlərini təcrid rejimi təmin olunmalıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 7 085          Tarix: 22-03-2020, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma