Marneuli rayonunda azərbaycanlı qadın yeni tip koronavirusa (Covid-19) yoluxub.
Bu barədə Marneuli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mili Mərkəzinin rəhbəri Eteri Laperadze bildirib.
Onun sözlərinə görə, 54 yaşlı qadın 4 gün öncə ikitərəfli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu gün onun koronavirusla bağlı testlərinin cavabı müsbət olub.
Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılır. bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
Əlavə karantin yerləri “Lars”, “Sarp” və “Qırmızı körpü” (Azərbaycanla sərhəd) sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunur.
Gürcüstanda koronavirusa 54 yoluxma halı təsdiqlənib. Pasiyentlərin üçü tam sağalıb. Karantində 2 956, stasionar nəzarətdə isə 291 nəfər saxlanılır.
Gürcüstanın Səhiyə naziri Ekaterina Tikaradzenin bildirdiyinə görə, bu ölkədə ilk COVID-19 virusu hadisəsi Azərbaycandan Gürcüstana keçən bir vətəndaşda təsbit olunub. Rəsmi Tbilisi məhz bunu əsas gətirib xüsusilə azərbaycanlıların yaşadığı bölgələri karantin altına alıblar.
Məlumata görə, Marneuli və Bolnisi rayonlarında qırmızı zona elan olunub. Rayonlara giriş-çıxış və xüsusilə küçəyə çıxmaq qadağan edilib.
Ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan olunub.
Gürcüstan rəsmisi fövqəladə vəziyyət qərarını oxuyur (Azərbaycanca):
Paylaş: