Xəbər lenti

  

Rəsmilərimizin çıxışları ölkəmizdə koronavirus təhlükəsinin ciddi vüsət aldığını göstərir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin Operativ Qərargahın dünən keçirilən iclasında səsləndiyi bu fikirlər ilk həyəcan təbilini xatırladırdı: "Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər simptonları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var”.

 

Qeyd edək ki, daxili yayılma koronavirusla mübarizənin yeni və ən çətin mərhələsidir və Zaur Əliyevin təəssüfü də bundan qaynaqlanır. Belə ki, indiyədək yalnız xaricdən gələnlərin virusu yaymaq ehtimalı vardı və onlar karantin altına alınaraq, dövrün bu bəlasının genişlənməsinin qarşısı alınırdı. Daxili yayılmada isə hər birimiz virus daşıyıcısı ola bilərik və məhz buna görə də hakimiyyət bütün iş yerlərini, gəzinti və toplantı məkanlarını bağlayaraq, izoliyasiya tədbirlərini möhkəmləndirdi. Məqsəd aydındır: hər bir evi karantin ocağına çevirmək və insanların bir-biriylə təmasını tamamilə kəsmək. Bu əslində İtaliyada açıq elan edildiyi kimi, bütün ölkənin karantinə alınması ilə eyni mənaya gəlir. Sadəcə onlar mahiyyətin əsl adını səsləndirirlər, biz isə “evdən çıxmayın” şüarları ilə onun əlamətini göstəririk.

 

Yeri gəlmişkən, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, faktiki olaraq Operativ Qərargahın sözçüsü İbrahim Məmmədov da dünənki açıqlamasında növbəti və daha ciddi həyəcan təbili çaldı. O, Azərbaycanda koronavirusunun yayılma sürətini İspaniya ilə müqayisə edərək dedi: “Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir”. 

 

Xatırladaq ki, İspaniya koronavirusun yayılma və öldürmə gücüylə İtaliyaya yaxınlaşır. Bu ölkədən gələn xəbərlərdə xəstəxanaların xəstələrlə dolub-daşdığı aşkar görünür. Belə bir məqamda Operativ Qərargahın sözçüsünün bu cür açıqlama verməsi, aydındır ki, Azərbaycan insanına təhlükənin miqyasını göstərmək məqsədi daşıyır. İbrahim Məmmədov açıq deməsə də, yəqin ki, dünənki çıxışında həm də  bir məqamı vurğulamaq istəyirdi: İspaniya da, İtaliya da təhlükəni ciddiyə almadıqlarına, hətta onunla “məzələndiklərinə” görə indiki ağır vəziyyətlə üzləşiblər.

İspaniyadan koronavirus görüntüləri

Bəs görəsən, rəsmilərin bu həyəcanverici açıqlamalarını biz necə, ciddiyə alırıqmı?

Zənnimizcə, bu sualın ən yaxşı cavabı koronavirusa qarşı karantin məkanlarından birində çəkilmiş aşağıdakı videoda bütün çılpaqlığı ilə öz əksini tapıb.

Karantindəki vətəndaşlarımızın keyf ziyafəti:




Ana səhifəyə qayıt        Baxış: 5 156          Tarix: 27-03-2020, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma