Xəbər lenti

  

Pekindəki bir tibb müəssisəsinin mütəxəsssisləri koronavirusun simptomları ortadan qalxsa da, daha 8 gün insan bədənində qaldığını müəyyənləşdiriblər.

Ovqat.com xəbər verir ki, bu tədqiqatın nəticələri  “ATSJournals”-da dərc edilib.

Mütəxəssislər tədqiqatı 28 yanvar - 9 fevral tarixləri arasında yaş ortalaması 35,5 olan 16 xəstə üzərində aparıblar. Tədqiqatın nəticəsində o da bəlli olub ki, virus yaşlı bədənlərdə daha uzun müddət qalır. Mütəxəssislər bunu yaşlı orqanizmlərin zəif immunitet sistemi ilə əlaqələndiriblər. Əldə edilən bu nəticələrdən sonra tədqiqatçılar karantin müddətinin daha 2 həftə uzadılmasını təklif ediblər.

    

Qeyd edək ki, bir müddət əvvəl dünyanın məşhur tibb jurnallarından olan “The Lanset” Çində ikinci koronavirus dalğasının başlayacağını proqnozlaşdırmış və bunu Pekinin karantin müddətini vaxtından əvvəl bitirməsiylə izah etmişdi. Çinli mütəxəssislərin apardıqları tədqiqatların nəticələri də bu iddianı təsdiqləyir. Belə məlum olur ki, koronavirus xəstələri sağaldıqdan sonra da bu virusu ətraflarına yaya bilirlər. Xəstəliyin ilk mərhələsi gizli keçdiyindən yoluxmanı müəyyənləşdirmək mümkün deyil və görünür, buna görə də ikinci dalğa proqnozu gündəmə gəlib.

Tədqiqatçıların son təsbitləri ÜST tərəfindən qəbul olunsa, koronavirusun karantin müddəti bir aya çıxarıla bilər. Çünki hazırda karantin müddəti 14 gündür, buna daha 2 həftə də əlavə olunsa, müddət 28 gün edər.




Ana səhifəyə qayıt        Baxış: 2 706          Tarix: 29-03-2020, 02:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma