Xəbər lenti
 
“31 mart azərbaycanlıların soyqırımına dair özbək dilində "Vikipediya"-nın bölməsi istifadəyə verilib”.
Ovqat.com-a bu barədə məlumat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən verilib.

Bildirildiyinə görə, bölmədə Azərbaycanlılara qarşı müxtəlif bölgələrdə, o cümlədən Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçə, Zəngəzur, İrəvan qəzalarında törədilmiş cinayətlər faktlarla öz əksini tapıb. Məlumatda qeyd olunan dövr ərzində bölgədə siyasi vəziyyət, hadisələrin cərəyanı, mətbuatda və informasiya vasitələrində soyqırıma dair məqalələr verilib. 
Layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzi təlim dəstəyi verir. Neçə müddətdir ki, hər iki mərkəzin könüllüləri arasında təlim çərçivəsində əməkdaşlığın davam etdiyi bildirilir. 
Sözügedən bölmə ilə aşağıdaki linkdə tanış olmaq mümkündür:
 

Mart genotsidi







Ana səhifəyə qayıt        Baxış: 2 349          Tarix: 31-03-2020, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma