AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllülərinin və Şəms Tərcümə Mərkəzilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.
Bu sözləri Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltürk söyləyib:
“70-dən çox məqalə başqa dillərə tərcümə olunaraq, xarici dilli vikipediyalarda yerləşdirilib. Bununla da tarixi şəxsiyyətlərimiz haqqında məlumatların daha geniş bir şəkildə yayılmasını təmin edə bildik. Könüllülərimiz Azərbaycan dilində fəaliyyət göstərən vikipediyaya töhfə verməkdə davam edirlər. Məlumat üçün bildirim ki, könüllülər tərəfindən Azərbaycan dilində 250-dən çox məqalə yaradılıb və ya əsaslı redaktə olunub. Proses davam edir. İyun ayında MEK olaraq “AXC-100 Vikipediyada” başlıqlı tədbir keçirməyi planlaşdırırıq. Tədbirdə nə qədər məqalə yaradıldığını, redaktə olunduğunu açıqlayacağıq. Şöbəmizin əməkdaşları və könüllü vikiçilər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirir və fəaliyyətlərini AMEA-nın müxtəlif qurumları ilə elmi mənbələrdən daha dolğun istifadə məqsədilə əlaqələndirirlər".
Paylaş: