Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanın hərb tarixində xüsusi rol oynayan, Naxçıvanın müdafiəsində mühum əhəmiyyət kəsb edən “Sportrota” haqqında “Vikipediya”nın Azərbaycan dil bölməsində məqalə yaradılıb.
1991-ci ildə Ulu öndər Heydər Əliyevin sayəsində ərsəyə gətirilən “Sportrota”, Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk Xüsusi təyinatlı bölməsi idi.
O zamanadək AXCP-nin Naxçıvan MR şöbəsinin təşəbbüsü ilə apardığı pərakəndə döyüşlər məhz bundan sonra Naxçıvan Dövlət Müdafiə Komitəsinə tapşırılmış, komitənin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşmış, müdafiə gücümüz nizami ordu halını almışdı. Naxçıvan Dövlət Müdafiə Komitəsinin nəzdində yaradılan “Sportrota” hərbi bölməsi ən ön cəbhədə rəşadətli döyüşləriylə yadda qalmışdır.
İlk əvvəl alayın tərkibi könüllülərdən ibarət olub. 1991-ci ildən başlayaraq Naxçıvandan Sovet Ordusuna əsgər göndərilməsi dayandırıldıqdan sonra, hərbi xidmət yaşına çatmış cağırışçılar da alaya cəlb etməyə başlayıblar.
Xüsusi təyinatlı bölmə 1992-ci ildə eməni hərbi birləşmələrinin Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücumlarının qarşısının alınmasında iştirak edib.
https://az.wikipedia.org/wiki/Sportrota
Paylaş: