Xəbər lenti


Koronavirus üzərində qələbə çalan dövlətlərdən biri də Cənubi Koreyadır. 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, təxminən Çinlə eyni vaxtda koronavirusla tanış olan Cənubi Koreyada bu günə qədər 10.062 nəfər “dövrün vəbası”na yoluxub.
Onlardan cəmi 174 nəfəri dünyasını dəyişib. 6 min 27 nəfərin sağaldığı Koreyada hələ ki 3 min 877 nəfər həkim nəzarətindədir. Aktiv xəstələrdən 55 nəfərinin vəziyyəti ağır və ya kritikdir. Bu gün 5 nəfərin koronavirusdan öldüyü ölkədə 86 yeni yoluxma qeydə alınıb. 
Hər itki ağır olsa da, hər halda Şimali Koreyada qeydə alınan bu aşağı göstəricilər ÜST tərəfindən də qənaətbəxş hesab olunur. 
Bəs ölkənin bu uğurunun sirri nədir?
Technote.az informasiya portalının hazırladığı bir video-analizə görə, bunun 4 başlıca səbəbi var. Hansılardır? Gəlin, ən yaxşısı, 9 dəqiqəmizi ayırıb bu suala cavabı müəllifin öz dilindən eşidək.





Ana səhifəyə qayıt        Baxış: 5 154          Tarix: 3-04-2020, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma