Xəbər lenti


“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmışdır. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.

Ovqat.com xəbər verir ki, məlumatı Naxçıvan MR-in rəsmi informasiya agentliyi Nuhçıxan yayıb. 
Xəbər MR-in Səhiyyə Nazirliyinə istinadən verilib.
Maraqlıdır ki, bundan bir müddət əvvəl elə həmin Nazirliyin rəhbəri Niyazi Novruzov açıqlama verərək demişdi: “Naxçıvan yeganə yerdir ki, orda koronavirus yoxdur”.



İndi məlum olur ki, nazir yalan məlumat verərək ictimaiyyəti çaşdırırmış. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının dövlətlər üzərində qoyduğu əsas öhdəliklərdən biri koronavirusla bağlı informasiyaları gizlətməmək, xalqı vaxtında məlumatlandırmaq və maarifləndirməkdir.
Naxçıvan Səhiyyə Nazirliyinin bu təlimatı yerinə yetirməməsi ciddi insidentdir və Azərbaycanın beynəlxalq imicinə zərbə vura bilər. Çünki BMT üzvü olan bütün dövlətlərin ÜST-ün təlimatını qeyd-şərtsiz həyata keçirmək öhdəliyi var. Naxçıvan MR özü olmasa da, onun tərkib hissəsi olduğu Azərbaycan BMT-nin üzvüdür. 
Beynəlxalq hüquq normalarına görə, ÜST-ün qərarları yerli səhiyyə sistemlərinin eyni tipli sənədlərinin fövqündədir və ona tabe olmaq məcburidir. Naxçıvan MR hakimiyyəti ÜST-ün təlimatının ziddinə hərəkət edən dövlət məmurunu cəzalandıracaqmı? Bu sualın cavabı yaxın saatlarda bilinəcək.


Ana səhifəyə qayıt        Baxış: 6 870          Tarix: 6-04-2020, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma