Xəbər lenti


Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ovqat.com xəbər verir ki, məlumatı Operativ Qərargah yayıb.
Məlumata görə, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Digər məlumata görə, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. İclasda xüsusi karantin rejiminin tətbiqi, daha konkret mexanizmlərlə tənzimlənməsi  ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 812          Tarix: 3-04-2020, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma