Xəbər lenti
 
 
Son 24 saatda dünyada 7 min 380 nəfər koronavirusun qurbanı olub, 85 minə yaxın insanda isə yoluxma faktı qeydə alınıb.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, dünənki itkilərlə koronavirusdan ölənlərin sayı 82 min 080-ə, yoluxanların sayı isə 1 milyon 431 min 706-ya yüksəlib. 
Gün ərzində qeydə alınan bu artım 3 gün öncə koronavirusun getdikcə təsirini itirməsi barədə yaranan ümidləri alt-üst edib. Çünki ötən gün ərzində həm ölüm, həm yoluxma faktlarına qeydə alınan göstəricilər rekord səviyyəyə çatıb. Xatırladaq ki, bir öncəki gün 5 min 229 koronavirus daşıyıcısı ölmüş, 73 min 142 yeni yoluxma faktı qeydə alınmışdı. Son 24 saatın statistikasında isə bir öncəki günlə müqayisədə ölüm sayında 2 min 151, yoluxma sayında isə 11 min 800 artım  müşahidə olunmuşdur.

Ən çox itki verən ölkələr üzrə koronavirus göstəriciləri

ABŞ

Gün ərzində ölüm – 1 970
Toplam ölüm – 12 841
Yeni yoluxmalar – 33 331
Cəmi yoluxmalar – 400 335
Ölüm nisbəti – 37%

Fransa

Gün ərzində ölüm – 1 417
Toplam ölüm – 10 328
Yeni yoluxmalar – 11 059
Cəmi yoluxmalar – 109 069
Ölüm nisbəti – 35%

İtaliya

Gün ərzində ölüm – 604
Toplam ölüm – 17 127
Yeni yoluxmalar – 3,039
Cəmi yoluxmalar – 135 586
Ölüm nisbəti – 41%
 
İspaniya

Gün ərzində ölüm – 704
Toplam ölüm – 14,045
Yeni yoluxmalar – 5,267
Cəmi yoluxmalar – 141,942
Ölüm nisbəti – 25%
 
Statistik cədvəl

Dünən 



Bir əvvəlki gün



Qeydİngiltərədə ölüm nisbətinin olduqca yüksək göstərilməsinin səbəbi əksər xəstələrin karantin müddətinin bitməməsi ilə bağlıdır.



Ana səhifəyə qayıt        Baxış: 3 505          Tarix: 8-04-2020, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma