Xəbər lenti


Dünya üzrə koronavirusdan ölənlərin sayı 45 mini 335 nəfərə yüksəlib.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, bu gün koronavirusa yoluxanların sayı 45 min 500 nəfər artaraq 903 min 819 olub. Say artıq silsiləvi şəkildə artdığından sabah xəstəliyə yoluxanların 1 milyonu keçəcəyi gözlənilir.
Sağalanların sayında da artım var. Bu günə qədər 190 min 684 nəfərin sağaldığı bildirilir. Ölüm-sağalan nisbətini müqayisə edəndə koronavirusun hələ də 19% ölüdürücülük gücünü mühafizə etdiyi görünür.
Bu günün məlumatında İtaliya yenə ölüm faktlarına görə hələlik birinci yerdədir – 727. Onu 589 ölüm faktı ilə İspaniya izləyir. Ən çox itki verən 3-cü dövlət isə İngiltərə olub – 563.



ABŞ-dan isə ziddiyyətli xəbərlər gəlir. ÜST-ün rəsmi rəqəmlərinə görə, bu gün indiyədək ABŞ-da 341 ölüm hadisəsi qeydə alınıb. Johns Hopkins Universitetinin göstəriciləri isə hardasa 3 dəfə çoxdur – 920. Görünür, bu ziddiyyət Johns Hopkins Univeristetinin dünənin göstəriciləri yeniləməkdən qaynaqlanır. ÜST-ün dünənki statistikasında ABŞ-ın xanasında 912 ölüm göstərilirdi. Belə aydın olur ki, ABŞ-ın ölüm sayında lider kimi görünməməsinin səbəbi Qərb və Şərq yarımkürələri arasındakı gecə-gündüz fərqindən qaynaqlanır. ABŞ-ın bu günə olan tam statistikası 5-6 saatdan sonra bilinəcəyindən onun İtaliyanı geridə buraxacağına şübhə edilmir.



Qeyd edək ki, Qərb ölkələri koronavirus itkilərini gizlətməyə çalışmırlar. ABŞ yetkililəri koronavirusdan ən çox 2.2 milyon, ən az isə 100 min vətəndaşını itirə biləcəyini açıq bəyan edib. İngiltərə hökuməti isə eyni səbəbdən 277 min ölüm hadisəsinin yaşana biləcəyini açıqlamış, xalqın sərt reaksiyası ilə üzləşincə, bu rəqəmi 20 minə endirmişdi.


Ana səhifəyə qayıt        Baxış: 3 367          Tarix: 1-04-2020, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma