Xəbər lenti


Dünən koronavirus pandemiyasının yayılmasında qismi səngimə müşahidə olunub.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına istinadən xəbər verir ki, ötən gün dünyada COVİD-19 virusundan 4 min 611 ölüm hadisəsi yaşanıb. Daha 66 min 124 nəfərdə isə koronavirus təsbit edilib. Bununla da pandemiyadan indiyədək ölənlərin sayı 69 min 299 nəfərə, yoluxanların sayı isə 1 milyon 267 min 577-yə yüksəlib.
İlk baxışdan xüsusilə yeni yoluxanların sayı xeyli böyük görünsə də, dünən qeydə alınan göstəricilər bir əvvəlki günlə müqayisədə qismən azalmalara dəlalət edir. Belə ki, aprel ayının 4-də dünyada məlum pandemiyadan ölənlərin sayı 5 min 801 nəfər olmuşdu. Bu isə dünənki olümlərdən 1190 fakt çox idi. Aprelin 4-də yoluxanların sayı isə 84 min 810 nəfər olmuşdu ki, dünənki təsbitlərdə bu göstərici 18 min 686 ədəd azalmışdı. 



Dünən koronavirus ölümlərinin sayında ABŞ yenə ilk sırada yer alıb. Son 24 saatda bu ölkədə 1165 nəfər dünyasını dəyişib. Ötən gün isə bu göstərici 1331 nəfər idi. Fərq - 166. Dünən ABŞ-da 25 min 316 yeni yoluxma faktı qeydə alınıb. Bir əvvəlki gün isə bu rəqəm 34 196 idi. Fərq – 8 880. ABŞ-da hələ də 300mindən çox koronavirus xəstəsi var və onların 8 min 702-si ağır və ya orta ağır vəziyyətdədir.
Dünən Qərbi Avropa ölkələrində koronavirus pandemiyasının daha çox səngidiyi müşahidə olunub. Bir əvvəlki gün 1057 insanını koronavirusa qurban verən Fransada dünən bu rəqəm 694-ə düşüb. Koronavirusa yeni yoluxanların sayı isə 5 min 478 nəfər olub. Bir əvvəlki günlə müqayisədə bu, 1491 yoluxma halının azalması deməkdir. Fransada ümumi ölüm sayı isə 8078-dir. 



İndiyədək İspaniyada 131 min 646 nəfər koronavirusa yoluxub. Bu göstərici ilə İspaniya koronavirusa ən çox itki verən İtaliyanı qabaqlayır. Xəstələrin 6 min 861-nin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir ki, bu sahədə də İspaniya İtaliyadan xeyli “irəlidədir”. Ölkədə indiyədək koronavirusdan ölənlər sayı isə 12 min 641 nəfərdir. Dünən isə 694 nəfər ölüb.



İtaliyada 525 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə indiyədək ölənlərin sayı 15 min 887-ə yüksəlib. Dünən ölkədə 4316 nəfər koronavirusa yoluxub. İndiyədək 128 mindən çox koronavirusa yoluxma halı təsbit edilən İtaliyada hazırda 91 min 246 aktiv virus daşıyıcısı var. Onların 4 minə yaxınının vəziyyəti orta ağır və ağırdır.
Koronavirusa ən çox itki verən 5 ölkənin siyahısı:

Dünən
 


04.04.2020 tarixində




Ana səhifəyə qayıt        Baxış: 5 095          Tarix: 6-04-2020, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma