Xəbər lenti


İranın erməni işğalı altında olan Dağlıq Qarabağa bu günə qədər verdiyi dəstək böyük nemət kimi görünürdüsə, indi artıq böyük problemə çevrilib.
Bölgənin erməni sakinləri İrandan həyati əhəmiyyətli məhsulların gətirilməsinə belə etiraz edirlər. Səbəb koronavirus epidemiyasının yayılma təhlükəsidir.



Ovqat.com-un əldə etdiyi video-görüntüdə Xankəndi sakini İrandan gələn tanker və yük maşınlarını göstərərək yerli və Ermənistan hakimiyyətini Qarabağda qəsdən koronavirus infeksiyasını yaymaqda günahlandırır. Onun fikrincə, “cinayətkar hakimiyyət” öz çirkin planlarını həyata keçirmək üçün erməni xalqını məhv etməyə hazırdır.



Daha artıq şərhə ehtiyac duymadan video-görüntünü yayımlayırıq:





Ana səhifəyə qayıt        Baxış: 4 421          Tarix: 12-04-2020, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma