Xəbər lenti

Azərbaycan hökumətinin hər gün izoliyasiya tədbirlərini artırmasına baxmayaraq, cəmiyyətimizdə hələ də koronavirus təhlükəsini ciddiyə almayanlar var. Bir çoxları hətta məlumatların şişirdildiyinə inanırlar. 
Ovqat.com-un əldə etdiyi bir video isə koronavirus dəhşətini bütün çılpaqlığı ilə gözlər önünə sərir.
Video Avropanın inkişaf etmiş ölkələrindən birinin klinikasından çəkilib. Klinikanın morqu insan cəsədləriylə doludur. Əksər cəsədləri bükülməyə plastik örtü belə tapılmayıb. Meyitlər bədənlərinin “kəfənlənəcəyini” (klyonkalanacağını) “gözləyə-gözləyə” qalıblar. Avropa kimi tibbin inkişaf etdiyi coğrafiyada koronavirus bu dəhşəti törədə bilibsə, bizdə eyni xəstəliyin geniş şəkildə yayılmasının nəyə gətirib çıxaracağını təsəvvür etmək belə mümkünsüzdür.
Azərbaycan insanına koronavirus dəhşətini əyani şəkildə göstərmək üçün videonu təqdim edirik. Ürəyi zəif olanların baxmaması tövsiyə edilir.



Ana səhifəyə qayıt        Baxış: 3 180          Tarix: 31-03-2020, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma