“Mənim adım Sədatdır. Oğruyam. Biz evlərə giririk normalda. Ufaq-təfək nələrsə oğurlayırıq. İndisə hər kəs evlərində. Oğurluq da edə bilmirik. İndi biz daşmı yeməliyik”.
Ovqat.com xəbər verir ki, bu etirafı Türkiyə oğrularından biri dilə gətirib.
O, Türkiyədə koronavirus epidemiyasına qarşı həyata keçirilən çölə çıxma yasağına etiraz edərək, ölkə prezidentinə maraqlı xahişdə bulunub: “Bizə də yardım fondundan vəsait ayrılsın”.
Koronavirus zarafatına bənzəyən video-müraciət bu gün ona görə önəmlidir ki, son zamanlar qıta çıxmış təbəssüm doğurur. Həkimlər adətən belə epidemiyalara qarşı mübarizədə təbəssümün, nikbin əhval ruhiyənin dərman qədər effektli olduğunu düşünürlər. Biz də məhz bu amili nəzərə alıb bir dodaqdolusu təbəssüm xətrinə video-görüntünü təqdim edirik:
Paylaş: