Xəbər lenti


ABŞ prezidenti Donald Tramp Çinin koronavirusu məqsədyönlü şəkildə yaymasının aşkarlanacağı tədqirdə bu ölkəni hədələyib.
Bu barədə "Report“ TASS-a istinadla xəbər verir.
"Əgər Çin yeni koronavirusa səbəb olan xəstəliyi məqsədli şəkildə yayıbsa, fəsadlarla qarşılaşa bilər“, - deyə ABŞ prezidenti Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
"Biz koronavirusla bağlı araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək“, - Donald Tramp deyib.
"Əgər onlar (çinlilər - red) bunu şüurlu olaraq yayıblarsa, onda nəticələr olmalıdır", - Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının sayına görə digər ölkələri qabaqlayıb. Daha əvvəl ABŞ kəşfiyyatı koronavirusun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması barədə iddialarla çıxış edib. Eyni zamanda Britaniya kəşfiyyatı da COVID-19-un Çindəki laboratoriyadan yayıldığını açıqlayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Ana səhifəyə qayıt        Baxış: 2 703          Tarix: 19-04-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma