Xəbər lenti

 
Ötən gün Rusiyada 10 min 581 nəfər koronavirusa yoluxma faktı aşkarlanıb.
 
Ovqat.com xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin ÜST-ə verdiyi gündəlik hesabatda belə iddia olunur.
 
Yoluxma sayına görə, yenə ABŞ-dan sonra ikinci sırada yer alan Rusiyada koronavirusdan gün ərzində 76 nəfərin öldüyü xəbər verilir.
 
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, orduda da koronavirus yayılması artıb. Təkcə dünən 156 rus əsgərinin virusa yoluxduğu təsbit olunub. Bununla da Rusiya ordusunda koronavirusa yoluxanların sayı 1384 nəfərə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 2 663          Tarix: 5-05-2020, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma