Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Ötən gün dünyada 6 min 607 nəfər koronavirusdan ölüb, 80 minə qədər yeni yoluxma faktı aşkarlanıb.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, dünya üzrə korona-qurbanlarının ümumi sayı 184 min 066-ya, yoluxanların ümumi sayı isə 2 milyon 635 min 716-ya yüksəlib.
İndiyədək dünyada 722 min 171 koronavirus xəstəsinin sağaldığını nəzərə alsaq, bu virusun öldürücülük gücünün 20% olduğu həqiqəti üzə çıxır. Halbuki mütəxəssislər bu nisbətin 3% olduğunu iddia edirlər.
ABŞ
Son 24 saatda dünya üzrə koronavirusa ən çox qurban verən ölkə yenə də ABŞ olub. Dünən bu ölkədə 2 min 341 nəfər koronavirus səbəbindən dünyasını dəyişib, təxminən 30 min nəfərdə isə yoluxma faktı aşkarlanıb. Beləcə ABŞ-da indiyədək koronavirus qurbanlarının sayı 47 min 659-a, yoluxanların sayı isə 848 min 717-yə yüksəlib. Hazırda ölkədə 14 mindən çox koronavirus xəstəsinin ağır vəziyyətdə olduğu və ölümlə pəncələşdiyi xəbər verilir.
İngilərə
Dünən İngiltərədə 763 nəfər koronavirus qurbanı olub, 4 min 451 nəfərdə isə yoluxma halı təsbit olunub. Beləcə gündəlik qurban sayına görə, İngiltərə ABŞ-dan sonra günün 2-si ünvanına yiyələnib.
Bu günədək İngiltərədə qeydə alınan koronavirus qurbanlarının sayı 18 min 100, yoluxduğu müəyyənləşdirilənlərin sayı isə 133 min 495-dir. Mütəxəssislər isə real rəqəmlərin bundan dəfələrlə çox olacağına inanırlar.
Məsələ burasındadır ki, İngiltərə koronavirusa qarşı mübarizədə Kollektiv immunitet strategiyasına üstünlük verdiyindən bu infeksiyanın qeydiyyatını da düz-əməlli aparmır. Bu zamanadək İngiltərədə nə qədər koronavirus xəstəsinin sağaldığı belə bilinmir və rəsmi statistikalara salınmır. İngiltərə xəstəxanalarında isə hazırda 1 559 ağır xəstə ölümlə savaşır.
Rusiya
İndiyədək koronavirusa barmaqarası baxan Rusiya tədricən bu infeksiyanın orbitinə girir. Hələ ki, şimal qonşumuzda ölüm sayında ciddi artımlar yaşanmasa da, dünən qeydə alınmış yoluxma siyahısında ABŞ-dan sonra ikinci yeri tutub. Rusiyada son 24 saatda koronavirusdan 5 min 236 yoluxma halı, 54 ölüm qeydə alınıb. Ümumilikdə bu ölkədə 513 nəfərin öldüyü, 58 min yoluxma halının aşkarlandığı xəbər verilir. Hələ ki, koronavirus pandemiyasının pik nöqtəsindən xeyli uzaqda görünsə də, növbəti həftələrdə Rusiyanın ciddi imtahanla qarşı-qarşıya qalacağı güman olunur.
Fransa
Ötən gün ölüm sayına görə, Fransa üçüncü yerə çıxıb. Son 24 saatda bu ölkədə 544 nəfər koronavirusun qurbanı olub, 1827 yeni yoluxma halı aşkarlanıb. Ümumilikdə Fransada 21 min 340 nəfər dünyasını dəyişib, 159 min 877 nəfər koronavirusa yoluxub. 5 min 218 fransız isə hazırda ağır xəstə kimi koronavirusla ölüm-dirim mübarizəsindədir.
İtaliya
Dünyada ABŞ-dan sonra koronavirusa ən çox itkini verən İtaliyada dünən 437 nəfər infeksiyaya məğlub olaraq, dünyasını dəyişib. 3370 yeni yoluxma halı aşkarlanıb və indiyədək ölənlərin sayı 25 mini keçib. Beləcə İtaliyada ümumilikdə 187 min 327 nəfərdə yoluxma faktı qeydə alınıb və onlardan 2 min 384 nəfəri hazırda kritik və ya ağır xəstə olaraq ölümlə pəncələşir.
İspaniya
- Dünən 435 nəfərin öldüyü İspaniyada koronavirusa qurban gedənlərin sayı 21 min 717-ə yüksəlib.
- Son 24 saatda 4 min 211 koronavirusa yoluxma faktı təsbit olunub və bu say ümumilikdə 208 min 389-a çatıb.
- Yoluxma sayına görə, İtaliyanı belə xeyli geridə qoyan ölkədə hələ də 7 min 705 koronavirus xəstəsinin halı kritikdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar