Xəbər lenti

 
Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Operativ Qərargah yayıb.
 
Bildirildiyinə görə, hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
 
Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılıb.


 
COVID-19  İsveçdə də bizdən əl çəkməyib. 
 
Ovqat.com-un məlumatına görə, İsveçdə yaşayan həmyerlimiz Məhərrəm Hüseynov bu gün koronavirusdan dünyasını dəyişib.


Ana səhifəyə qayıt        Baxış: 2 557          Tarix: 16-05-2020, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma