Xəbər lenti
 
 
Liviyanın şərqində xəlifə Hafter tərəfindən qurulduğu elan olunan qeyri-legitim hökuməti dəstəkləyən Birləşmiş Ərəb Əmirliyinin Türkiyənin Milli Konsensus Hökumətinə verdiyi hərbi logistik dəstəyini kəsmək üçün 20 xarici muzdlu əsgərə 80 milyon vəsait ayırdığı ortaya çıxıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı “New York Times”  qəzeti yayıb.
 
BMT-nin gizli hesabatına istinad edən qəzetin yazdığına görə, həmin muzdlu əsgərləri Binqaziyə 2019-cu ilin iyun ayında adı açıqlnamayan xüsusi təhlükəsizlik şirkəti aparıb.


 
Elmi tədqiqat qrupu adı altında fəaliyyət göstərən muzdlulara vertolyotlar və hücum gəmiləri icarəyə verilib. Bununla belə, muzdluların xəlifə Hafterlə sövdələşmələri baş tutmayıb və onlar üsyankar generalla mübahisə edərək dörd gün sonra Maltaya qayıldıblar.
 
Bu ilin fevral ayında BMT Təhlükəsizlik Şurasına təqdim olunan gizli hesabata əsasən, muzdlu əsgərlərin təşkilatlandırılması Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həyata keçirilib.
   
Xəbərdə bu ölkədəki bəzi gizli şirkətlərin də əməliyyat üçün maliyyə ayırdığı qeyd olunur. Avstraliyalı bir iş adamı və keçmiş döyüş təyyarəsi pilotu Khristian Durrant adlı birinin bu şirkətlərə nəzarət etdiyi və ya qismən sahib olduğu bildirilir.
 

   
Bu şəxslə əlaqəli olduğu şəxs kimi Tramp administrasiyası ilə yaxın əlaqələri ilə tanınan ABŞ-ın özəl təhlükəsizlik təşkilatçısı Erik Prinsin adı çəkilir. Prins 2007-ci ildə İraqda 17 mülki şəxsin öldürülməsi ilə gündəmə gələn Amerikanın özəl təhlükəsizlik şirkəti Blackwater-in qurucusudur. BMT Prinsin Liviyadakı uğursuz muzdlu əməliyyatda rol oynadığını araşdırır. Şübhəli isə iddiaları qəbul etmir.
   
NYT-nin verdiyi məlumata görə, keçmiş Cənubi Afrika Hərbi Hava Qüvvələri Komandanlığı rəsmisi Steve Lodge bu muzdlu dəstəyə rəhbərlik edirmiş. BƏƏ-nin maliyyələşdirdiyi 20-yə yaxın peşəkar əks-kəşfiyyatçının 11-i Cənubi Afrika, 5-i İngiltərə, 2-si Avstraliya və 1-i ABŞ vətəndaşı imiş.


 
   
İddialara görə, bu qrupun missiyası Türkiyənin Aralıq dənizi vasitəsilə paytaxt Tripoliyə sulah-sursat göndərməsinin qarşısını almaqdı. Komanda üzvləri Malta və İordaniyadan keçərək Binqaziyə gəliblər. Onlar saxta sənəd hazırlayaraq, Afrikanın Bostvana şəhərindən özləriylə bərabər 6 helikopter də gətiriblər. Muzdlulara yoxlamalar zamanı "neft və qaz obyektlərini qorumaq"la görəvləndirildiklərini söyləmələri tapşırılıb.
   
Hafterlə mübahisələrinin səbəbi də məlum olub. Bildirilir ki, üsyankar general əks-kəşfiyyatçıların vəd edilənlərin əvəzinə köhnə model təyyarə və helikopterlərlə Binqaziyə gəldiyinə qəzəblənib. BMT tərəfindən ələ keçirilən bir başqa sənədə görə, Hafterə vəd olunan aviatexnikalar arasında Amerikan istehsalı olan Cobra hücum vertolyotu və Bolqarıstan istehsalı olan LASA T-Bird təyyarəsi də varmış. Hafterin bu texnikaları bəyənmədiyinə görə sövdələşmələri alınmayan muzdlular Maltaya qayıtmaq qərarına gəliblər.


 
   
Hesabatda bildirilir ki, BƏƏ vəliəhdi Məhəmməd bin Zayed el Nahyan da muzdluların Hafterə kələk gəlmək istəmələrindən bərk qəzəblənib.
 
Qeyd edək ki, son günlər Milli Konsensus Hökumətinə bağlı qüvvələr Liviyada gedən döyüşlərdə mühüm uğurlar əldə ediblər. Xüsusilə paytaxt Tripoli ətrafında ən strateji məkanlar yenidən MKH qüvvələrinin əlinə keçib. ABŞ mediası və Liviya rəsmiləri bu uğurun qazanılmasında Türkiyə istehsalı olan dronların böyük rol oynadıqlarını vurğulayıblar. “Washington Post” qəzeti Türk dronlarının Liviyada müharibəsini seyrini dəyişdirdiyini qeyd edərək yazıb: “Türk PHA (pilotsuz hava aparatları) və SPHA (silahlı pilotsuz hava aparatları) Rusiya və Hafterin digər hərbi tərəfdaşlarını utandırdı”. 
 
Belə görünür ki, xəlifə Hafterin “haqlı” qəzəbi öz başında çatlayıb: 20 nəfərlik peşəkar əks-kəşfiyyatçının asi generalla anlaşa bilməyib öz missiyasını yerinə yetirmədən Maltaya getməsi Türkiyənin öz dronlarını rahatlıqla Tripoliyə daşımasına imkan verib.
 




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 27-05-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma