Xəbər lenti

 

Liviyada qiyamçı general Xəlifə Hafterə bağlı hərbi qüvvələr Ayn Zara şəhərində qadağan edilmiş bölgəyə girməsi səbəbindən Türkiyənin Pilotsuz Uçan Aparatını (PUA) vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumata görə, general Hafterin liderliyindəki Liviya Milli Ordusu BMT tərəfindən tanınan milli hökuməti devirmək məqsədilə paytaxt Trablusa qarşı hücuma keçib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Liviyanın tanınmış hökumətinə hərbi yardım verməyə hazır olduğunu açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 14-12-2019, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma