Xəbər lenti


Rusiyanın Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatev bu il mayın 20-də Ali Məhkəməyə şikayət edərək ölkə prezidenti Vladimir Putinin onu vəzifədən qanunsuz çıxardığını bildirmişdi. İqnatev bəyan etmişdi ki, onu "etibarını itirmiş məmur" adlandıran Putinlə qorxmadan mübarizə aparmağa hazırdır.

Moderator.az xəbər verir ki, mayın 27-də Mixail İqnatev Sank-Peterburq şəhərindəki Almazov adına klinikaya gətirilib. İqnatevin etirazına baxmayaraq ona ikitərəfli, ağır formada pnevmoniya diaqnozu qoyulub. Sonra onu koronavirus xəstələrinin müalicə olunduğu palataya gətiriblər və koronavirus simtomları şübhəsi ilə süni nəfəs aparatına qoşublar. Həkimlər Mixail İqnatevdə tənəffüs çatışmazlığı olduğunu iddia ediblər. 

Mixail İqnatevin Kovid-19-a yoluxub-yoluxmadığı barədə konkret olaraq heç kimə, eləcə də onun yaxınlarına hər hansı məlumat verilməyib. 

Xatırladaq ki, Mixail İqnatev 2010-cu ilin iyulundan 2020-ci ilin yanvar ayına qədər Çuvaşiyaya rəhbərlik edib. Rusiya prezidenti Vladimir Putin onu işdən çıxararkən İqnatev haqqında sərt tənqidlər səsləndirmiş, onu etibarı itirən, fəaliyyətində qaranlıq məqamlar olan məmur kimi xaraktetizə etmişdi.



Ana səhifəyə qayıt        Baxış: 2 517          Tarix: 28-05-2020, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma