Xəbər lenti
 
 
Dünəndən etibarən İnzibati Xətalar Məcələsinin 211.2 və 211.3 maddələrinə edilmiş dəyişikliklərə əsasən, karantin rejimi müddətində fərdi qoruyucu (maska) vasitələrdən istifadə olunma qaydalarinin pozulmasına gorə ilk dəfə fiziki şəxslər(sadə vətəndaşlar) uçun cərimə cəzası  50 manatdan 100 manata, eyni əməl bir il ərzində yenidən təkrarlanarsa, 200 manata qədər artırıldı. 
 
Ümumiyyətlə son zamanlar Azərbaycan hakimiyyətinin bir çox sahələrdə cərimələrin artırıldığını müşahidə edirik. Minimum əmək haqqı 300-400 civarında olan məmləkətdə maaşın 1/3-i qədər qədər cəzaların müəyyən edilməsi nə dərəcədə ədalətlidir?
 
Ədalət partiyasının Nəzarət Təftiş Komissiyasının sədri Ayaz Əfəndiyev Ovqat.com suallarını cavablandırarkən bildirib ki, qəbul edilən hər bir qanunun başlıca vəzifəsi cəzalandırmaq yox, islah etmək olmalıdır:
 
“Qanunların məqsədi fərdin, cəmiyyətin və dövlətin qarşılıqlı munasibətlərini tənzimləyərək ,əmin-amanlığı, sülhü və bəşəriyyəti müxtəlif təhlukələrdən sığortalamaq, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ətraf mühiti, konstitusion quruluşu qəsdlərdən qorumaqdan ibarətdir. Bu vəzifələri həyata keçirərəkən qanunlar hamılıqla qəbul olunmuş beynəlxalq norma və prinsiplərinə əsaslanmalı, məntiqli olmalıdır. 
 


Digər tərəfdən qanunların işləməsi cəmiyyət tərəfindən onun necə qebul edilməsinə bağlıdır, insanları zorla bu qədər inzibati resurslara tabe etdirməkdənsə, maarifləndirmə, inandırma, sosial yardımların ünvanlara doğru çatdırılması, virusla mubarizəyə ayrılmış vəsaitlərin xərclənməsində şəffaflığı təmin etmə yoluyla daha effektiv nəticələr əldə etmək olar”.
 
O ki qaldı fərdin qoruyucu vasitədən istifadə etməməyinə görə cərimələnməsinə, Ayaz Əfəndiyev bundansa həmin şəxsə pulsuz maska verilməsini daha doğru hesab edir: “Uşağının ac qalmaması və yaxud ailəsinin digər tələbatını ödəmək uçun evdə qala bilməyən insanlardansa, onu bu məcburiyyət qarşısında qoyan, sosial təyinatlı yardımları mənimsəyərək özünün gəlir mənbəyinə çevirənləri cəzalandırmaq daha məqsədə uyğun və dövlətə yaraşan addım olardi, fikirimcə”.
 
 Pandemiya dunyaya meydan oxuyandan bəri keçən altı ay muddətində müxtəlif dövlətlərin bu xəstəliklə mübarizədə özünəməxsus vasitələr və metodlar formalaşdırdığına diqqət çəkən partiya funksioneri artıq bəzi nəticələrin əldə olunduğuna, Azərbaycan hakimiyyətinin də bundan yararlanmasının vacibliyinə inanır: “Gəlinən ümumi nəticə ondan ibarətdir ki, sərt karantin rejimi seçən, “evdəqal” qaydalarına üstünlük verən İtaliya heç bir karantin rejimi tətbiq etməyən İsveçdən daha ağır nəticələrlə üzləşdi. Koronavirusun qrip xəstəliyindən fərqli olmadığına inanan Lukaşenkonun rəhbərlik etdiyi Belorusda ÜST-ün qorxunc proqnozları özünü doğrultmadı. Amerikada baş vermiş polis-vətəndaş qarşıdurmasında milyonlarla insan bütün karantin qaydalarını pozaraq bir yerə toplaşdı və minlərlə meyitin küçələrdə qalmasına rəgmən, yenə qorxulan olmadı. İndi bu mənzərələrin şahidi olan statistik azərbaycanlının qarşısında gəlir yeri qoymadan onu evdə saxlamaq və ya maska taxdırmağa məcbur etmək, əks halda cərimələmək, əlbəttə, başadüşülən deyil”


Ana səhifəyə qayıt        Baxış: 3 353          Tarix: 3-07-2020, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma