
Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində Rusiya və Azərbaycan nümayəndələrinin fəal ünsiyyəti diqqət çəkib.
Musavat.com xəbər verir ki, bunu Rusiya Federasiyasının vitse-premyeri Aleksey Overçuk açıqlayıb. Onun sözlərinə görə, Moskva ilə Bakı arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir və tərəflər bu istiqamətdə intensiv müzakirələr aparırlar:
“Rusiya və Azərbaycanın iqtisadi münasibətləri çox yaxşı inkişaf edir. Tərəflər, o cümlədən Çində keçirilən ŞƏT sammiti çərçivəsində çox fəal şəkildə ünsiyyət qurdular”, – deyə vitse-premyer bildirib.
Overçukun bu açıqlaması son vaxtlar Moskva ilə Bakı arasında münasibətlərin gərginləşdiyi barədə iddiaların fonunda xüsusi diqqət çəkir. Analitiklərin fikrincə, sammit çərçivəsində baş tutan görüşlər iki ölkənin gələcək əməkdaşlığının konturlarını müəyyən edə bilər.
Paylaş: