Xəbər lenti

 
 
Ayasofya muzeyinin məscidə çevrilməsi bir qədər fərqli olmalı idi. Yəni, düşünürəm ki, Ayasofya muzeyinin tək məscid kimi deyil, həm də üç dini birləşdirən vahid Tanrı (Allah) evi olması daha məqsədə uyğun olardı.
 
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin Ovqat.com-a açıqlamasında belə deyib.
 
Onun fikrincə, dünyada əsasən üç səmavi din var: “Müsəlmanların dini İslam, yəhudilərin ibadət etdiyi din İudaizm və xiristianların dini Xristianlıq. Bu üç dinin əsas amalı, fəlsəfəsi bir olan Allaha iman gətirməkdir, Allaha hər kəsin ibadətini və əməlini görməkdir. İstəsək də, istəməsək də qeyd etdiyim dinlər dünyada, o cümlədən Türkiyədədə baxışlarından asılı olmayaraq bütün insanların ibadəti, Allaha pənah yeridir. Bunun isə dünya siyasətinə təsiri az deyil. Türkiyə Prezidenti Receb Tayyib Erdoğanın yeritdiyi siyasət Türkiyə tarixində yenidir. Bu baxımdan Ayasofya muzeyinin məscidə çevrilməsi bir qədər fərqli olmalı idi. Yəni, düşünürəm ki, Ayasofya muzeyinin tək məscid kimi deyil, həm də üç dini birləşdirən vahid Tanrı (Allah) evi olması daha məqsədə uyğun olardı. Türkiyə Prezidenti Receb Tayyib Erdoğanın məlum fərmanı dünyada birmənalı olaraq alqışlanardı və siyasi divident gətirərdi. Həm də Ayasofya ilə bağlı tarixi və ədalətli qərarı verilmiş olardı, siyasi müzakirə və mübahisələrə də yer qalmazdı”.
 
Türkiyənin bir Tanrı evində üç dinə məxsus olan insanların ibadətini həyata keçirməklə dünyada ilk müsəlman ölkəsi adını qazanmaq imkanın olduğunu düşünən Azad bəyin fikrincə, bununla da dünyada dini tolerantlığın, multukulturalizm mərkəzinin paytaxtı olardı: “ Türkiyə çoğrafi baxımdan üç əsas dinin qovuşduğu bir məkandır. İllər boyu bu coğrafi məkanda müxtəlif mədəniyyətlərə, dinlərə dözümlülük və hörmətlə yanaşılmışdır. Türkiyə yenidən bu böyük missiyanı öz üzərinə götürərək, öz təsir gücünü də artıra bilərdi”.


Ana səhifəyə qayıt        Baxış: 7 078          Tarix: 20-07-2020, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma