Xəbər lenti

 

Tanınmış ilahiyyatçı alim, “Quran” tərcüməçisi Nəriman Qasımoğlu Qurban bayramının meydana gəlməsinə səbəb olmuş dini rəvayətlə bağlı yeni yorumla çıxış edib.

Turkustan.info N.Qasımoğlunun fikirlərini təqdim edir:

– İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünür. Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan uzaq olmalarıdır.

Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsini bunca əzazil imtahana çəksin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.

İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!! Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan.




Ana səhifəyə qayıt        Baxış: 603          Tarix: 12-08-2019, 08:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma