Xəbər lenti

 
 
Dünən ABŞ-ın Nyu York şəhərində Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.
 
Ovqat.com-a bu barədə məlumat Azərbaycan Respublikasınıb Diasporla İş üzrə Dövlət Komitəsindən verilib.
 
Məlumata görə, Azərbaycan–Nyu York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.
 
Aksiya Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla anılması, Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandığı aksiyada “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan, rədd ol Azərbaycandan!!”, Ermənilər siz soyqırımda günahkarsız", "Ermənilər körpələrin qatilləridir!", "Ermənistan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!" və sair şüarlar, "Qarabağ!", "Azərbaycan!" və "Azərbaycan-Türkiyə!" kəlmələri davamlı olaraq səsləndirilib.


 
Aksiya boyu üzərində Azərbaycanın xəritəsinin, Qarabağ həqiqətlərinə dair tarixi faktların və “Ermənistanın təcavüzkar siyasətinə son!” şüarının əks olunduğu Led ekranlı avtobus BMT nümayəndəliyinin qarşısında hərəkət edib. Bu avtobus gün ərzində Bruklin və Manhetten, eləcə də ermənilərin sıx yaşadığı əraziləri dolaşaraq Nyu York sakinlərinin diqqətini cəlb edib.
 
Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu Yorkdakı konsulluğu qarşısında davam etdiriblər.
 
Azərbaycanlı icmanın haqlı mövqeyi qarşısında ermənilər səslərini çıxara bilməyiblər.
 
Yerli polis aksiyaya nəzarət edib.
 


Ana səhifəyə qayıt        Baxış: 3 545          Tarix: 25-07-2020, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma