Xəbər lenti
 
İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.
Ovqat.com bildirir ki, bu barədə məlumat Dünya Azərbaycanlıları Assambleyasından Mia.az-a məlumat verilib.
Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.
Akiyada səsləndiriləcək şüarlar bunlar olacaq: "Sarkisyan uşaq qatilidir”, "Terrora , təcavüzə dur deyirik”,  "Uşaq ölümlərinə son” , "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” 
Mitinqlə bağlı icazə Alman polisinə xəbərdarlıq məktubu bugün təqdim ediləcək.



Ana səhifəyə qayıt        Baxış: 1 055          Tarix: 5-07-2017, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma