Xəbər lenti
 

(1-ci hissə)
 
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva elmdə, təhsildə uğur qazanmış, fərqlənmiş lider kimi, bütün dünyada məşhurdur. Xanım Əliyeva elm və mədəniyyət sahəsində yüksək səviyyədə fəaliyyət göstərir, bu sahələrə ciddi töhfələr verir. Bu gün Mehriban Əliyeva istər Azərbaycan, istərsə də dünya qadını üçün yönləndirici simaya çevrilib. Bu mənada o, nadir insanlardandır.
 
Ovqat.com xəbər verir ki, əlcəzairli iki elm xadiminin - Akademik Mərvan Sudah və Doktor Əbdulqadir Xəlilin birgə qələmə aldıqları “Mehriban Əliyeva: gözəlliyin və uğurların birinci xanımı sərlövhəli portret yazısında belə deyilir.


 
Ərəb dünyasınən önəmli nəşrlərindən “Əl-Hərir” portalında dərc olunan məqalənin I hissəsini təqdim edirik:
 
Birinci ledi Mehriban Əliyeva liderlik bacarığı, insani keyfiyyətləri, elmi və s. ilə hər kəsi, o cümlədən Azərbaycana dost olan və olmayan xalqları yaxşı mənada heyrətləndirir. O, Azərbaycanla maraqlanan, bu ölkənin uğurlarını izləyən insanların Bakıya daha çox diqqət yetirməsinə səbəb olur. Bu gün Mehriban Əliyevanın fəaliyyəti nəticəsində yeniliklərə diqqət gündən-günə artır.
 
Mehriban xanım Əliyeva öz elmi, dərin bilikləri, təcrübəsilə Azərbaycan Prezidenti İlham Əliyevə istər ölkədaxili məsələlərdə, istərsə də beynəlxalq əlaqələrin qurulmasında kömək edir. Odur ki, Azərbaycan istər yerləşdiyi coğrafiyada, istərsə də dünyada mühüm mövqeyə malikdir.
 
Əliyevlər ailəsi
 
Hər tərəfdən düşmən sui-qəsdlərilə üz-üzə qalmış, mənfur qüvvələrin dağıdıcı planlarına tuş gəlmiş Azərbaycanı, onun xalqını qısa vaxtda məhz Əliyevlər ailəsi xilas edə bilib. Azərbaycan dövləti lider İlham Əliyevin dərin siyasi təfəkkürü və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində bu gün də yüksəliş, çiçəklənmə yolu ilə gedir.
 
Hazırda Azərbaycan mədəniyyət sahəsində də, tolerantlıq baxımından da inkişaf etmiş dövlətlərin ön cərgəsində gəlir. Azərbaycanda anlayırlar ki, dünya inkişafa, tərəqqiyə yalnız xalqlar arasında dostluğun möhkəmləndirilməsi, vahid bəşər ailəsinin ortaq mənafeyinə xidmət olunması ilə çata bilər.


 
Bu mənada, Azərbaycan xalqı, həmçinin dünya Mehriban xanım Əliyeva kimi liderlə fəxr edə bilər. O, dövləti idarə etmək, yaradıcılığın təşviqi, Azərbaycan xalqının daha çox tərəqqiyə çatması üçün özünəməxsus mexanizmlərin yaradılmasına imkan verən lazımi biliklərə sahibdir.
 
Azərbaycan dövlətinin dostu çoxdur. Onlar Bakıya yaradıcılığın təşviq edildiyi məkan, çiçəklənmə diyarı kimi baxır. Ərazicə kiçik, lakin bəşəriyyətə verdiyi töhfələr, insani keyfiyyətləri, xehirxahlığı ilə böyük olan Azərbaycan öz təbii sərvətlərilə də həm Azərbaycan xalqına, həm də qlobal ideyalara xidmət edir.
 
Tərcümeyi-halı
 
Mehriban xanım Əliyeva 1964-cü il avqustun 26-da Bakıda, nüfuzlu Paşayevlər ailəsində dünyaya gəlib. Babası İran doğumlu tanınmış Azərbaycan yazıçısı Mir Cəlal Paşayevdir. Əmisi Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı ilk səfiri olub, atası Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1992) da ixtisasının dərin bilicisi (ərəbşünas alim) kimi tanınıb.
 
Mehriban Əliyeva orta məktəbi 1981-ci ildə bitirib. 1983-cü il dekabrın 22-də Azərbaycanın məşhur siyasətçisi, mərhum prezident Heydər Əliyevin oğlu, ölkənin hazırkı rəhbəri İlham Əliyevlə ailə qurub.


 
M.Əliyeva Azərbaycan Tibb Universitetində, daha sonra 1988-ci ildə məzun olduğu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda oxuyub. 1988-1992-ci illərdə Moskvada Rusiya Tibb Elmləri Akademiyasının Dövlət Oftalmologiya İnstitutunda çalışıb. O zaman instituta dr. Mixail Krasnov rəhbərlik edirdi. Londonun “Times” qəzetində hələ 2005-ci ildə dərc olunmuş iki məqalədə Mehriban Əliyeva belə xarakterizə olunurdu: “O, ixtisaslı həkimdir... Rəsmi saytında yer almış məlumata görə, Mehriban Əliyeva 2005-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib”.
 
Fəaliyyəti
 
Mehriban xanım Əliyeva hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. 1996-cı ildə Fond “Şevron” şirkətinin maliyyə dəstəyilə Azərbaycanın altı incəsənət və mədəniyyət xadiminə ömürlük mükafat təyin edib. O, həmçinin Bakıda Antonio Vivaldi və Corc Gerşivin əsərlərindən ibarət konsertlərin təşkilinə sponsorluq edib.
 
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfat etməsindən 1 il sonra – 2004-cü ildə xanım Əliyeva Heydər Əliyev Fondunu təsis edib. Fondun yaradılmasında məqsəd Heydər Əliyevin siyasi ideologiyasının inkişaf etdirilməsi, bu istiqamətdə araşdırmaların aparılması və sairdir.


 
Lakin ötən illər ərzində Heydər Əliyev Fondu Azərbaycan Təhsil Nazirliyindən daha çox məktəb inşa etdirib, Səhiyyə Nazirliyindən daha çox xəstəxana tikdirib, Mədəniyyət Nazirliyindən daha çox mədəni fəaliyyət həyata keçirib. Bununla yanaşı, Fond Azərbaycandan kənarda da müxtəlif layihələrə sponsorluq edir. Məsələn, Fransanın Luvr Muzeyinin, Versal Sarayının və Strasburq Kafedralının təmiri məhz Heydər Əliyev Fondunun maliyyəsi hesabına mümkün olub. Bu haqda dünya KİV-də kifayət qədər məlumata rast gəlmək mümkündür.
 
2004-cü ildə Mehriban xanım Əliyevaya Azərbaycanın mədəni irsinin qorunması, şifahi və musiqi ənənələrinin təbliğində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adı verilib. 2002-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə isə Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilib. 2013-cü ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri məhz M.Əliyeva olub.
 
2016-cı il noyabrın 24-də Mehriban xanım Əliyevaya ehtiyacı olan uşaqlara göstərdiyi qayğı, onların həyat şəritinin və təhsilinin yaxşılaşdırılmasına köməyinə görə, ISESCO-nun xoşməramlı səfiri adı verilib.


 
2005-ci ildə keçirilmiş parlament seçkisində xanım Əliyeva hakim Yeni Azərbaycan Partiyasından millət vəkili seçilib. 2017-ci il fevralın 21-də isə ölkənin Birinci vitse-prezidenti təyin olunub. Azərbaycanda bu vəzifə 2016-cı ildə keçirilmiş referendumun nəticəsində təsis edilib.
 
Mehriban Əliyeva həqiqətən də yüksək peşəkarlığı ilə seçilir. O, ensiklopedik biliyə malik ziyalıdır. Böyük rəhbərlik təcrübəsi olan M.Əliyeva fəaliyyətində nəcib insani prinsiplərə sadiqdir. O, istər Azərbaycan, istərsə də dünya xalqlarına kömək etmək üçün əlindən gələni edir.
Eyni zamanda, xanım Əliyeva hər bir səfərində, hər bir görüşündə vətənpərvər çıxışları ilə yadda qalır.



M.Əliyeva ona göstərilən etimadı doğruldacağını, hər zaman ölkənin və xalqın maraqlarına xidmət edəcəyini hər imkanda dilə gətirir.
 
Azərbaycan Mərkəzi Seçki Komissiyası 2017-ci il martın 6-da Mehriban Əliyevanın deputat səlahiyyətlərinə özünün xahişi əsasında xitam verib

(Ardı var)
 


Ana səhifəyə qayıt        Baxış: 4 066          Tarix: 20-09-2020, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma