Xəbər lenti

 
Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
 
Ovqat.com-a bu barədə  Müdafiə Nazirliyindən bildirilib.
 
"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.
 
Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək", - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, KMTM Nizamnaməsi çərçivəsində Rusiyanın arxasında gizlənən Ermənistan Dağlıq Qarabağdakı mövqelərimizi atəşə tutaraq, Azərbaycanın bölgədə öz suverenliyini bərpa etmək işinə mane olur, bir çox hallarda hətta ölkəmizin digər şəhər və kəndlərindəki sivil hədəfləri də vururdu. O nöqtələri zərərsizləşdirmək Azərbaycanın məşru müdafiə hüququna çevrilmişdi. Müdafiə Nazirliyinin açıqlamasından aydın olur ki, Ordumuz lazım gələndə bu hüququndan da istifadə edəcək.
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 210          Tarix: 31-10-2020, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma