Xəbər lenti

 
 
“Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.
 
Ovqat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
 
"Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir. Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır", - məlumatda vurğulanıb.
 
 
Qeyd edək ki, bu iddianı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Petrosyan Facebook səhifəsində irəli sürüb.
 
Onun iddiasına görə, Azərbaycan Silahlı Qüvvələri çoxlu sayda pilotsuz təyyarələrdən istifadə edərək hava hücumuna keçib. 
 
 
Şuşan Stepanyan bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan XİN başçılarının Moskvada Görüşünün yekunlarına dair bəyanatından sonra Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə cənub istiqamətində hücumunu gücləndirib.
 
 
 
Bundan başqa, o qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı Yerisvank kəndi, eləcə də Ermənistanın regionları — Sünik vilayəti və Qafan rayonundakı Artsvanika istiqamətində pilotsuz uçan aparatlarla hücum edib.


Ana səhifəyə qayıt        Baxış: 3 306          Tarix: 10-10-2020, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma