Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Ovqat.com-un məlumatına görə, açıqlamada deyilir:
"Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.
Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb."
Qeyd edək ki, dünən “DQR”-nin Arayik Arutyunyan erməniləri həyəcanlandıran məlumat yaymışdı. Məlumata görə, Azərbaycan ordusu Şuşanın 5 km-liyinə qədər gəlib və şəhər çətin vəziyyətə düşüb. Arayik bütün erməni xalqını Şuşa şəhərini xilas etmək üçün silaha sarılmağa çağırmışdı.
Bu gün səhər Ermənistan MN-nin rəsmiləri isə guya bütün istiqamətlərdən ordumuzun hücumlarının qarşısını aldıqları barədə məlumat yaydı. İndi isə Azərbaycan MN-nin yaydığı məlumata görə, Dağlıq Qarabağda hər hansı hücum əməliyyatı baş verməyib.
Ermənilərin dezinformasiya siyasətini yalnız iki amillə əsaslandırmaq olar: ya onlar məğlubiyyətin doğurduğu qarabasma içindədir və əsən yel belə onlara Azərbaycan ordusunun ayaq səsləri kimi görünür, ya da savaş meydanında qazana bilmədikləri uğurun xəyali görüntüsünü yaradıb xalqa təsəlli verirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar