Xəbər lenti

 
Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsini Azərbaycana təzminat haqqı kimi verə bilər.
 
Ovqat.com Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, bu iddia ilə erməni siyasətçi Eduard Şarmazanov çıxış edib.
 
Onun sözlərinə görə, beynəlxalq məhkəmələrdə Ermənistan tərəfinin Dağlıq Qarabağ bölgəsinə vurduğu ziyanın 50 milyard dollar olduğu müzakirə edilir. Ermənistanın isə bu qədər məbləği ödəyəcək gücü yoxdur və o, bunun müqabilində Azərbaycana torpaq verərək zərəri kompensasiya edəcək.
 
 “Paşinyan yenidən danışıqlara gedəcək və deyəcək ki, biz sizə Zəngəzur veririk, çünki bizim 50 milyard dollarımız yoxdur", - deyə o bildirib.


Ana səhifəyə qayıt        Baxış: 4 188          Tarix: 26-11-2020, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma