Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Türkiyənin regionda sabitliyin pozulması istiqamətində siyasət aparır və bu siyasət ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə XİN-nin Azərbaycan-Ermənistan sərhəd bölgəsində dünəndən başlayan ağır döyüşlərlə bağlı bəyanatını şərh edərkən belə deyib.
Qeyd edək ki, rəsmi Ankara erməni silahlı qüvvələrinin silahlı hücumlarını şiddətlə qınamış və Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazisindən geri çəkilməyə çağırmışdı. Bəyanatda həmçinin qeyd olunmuşdu ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək.
Paşinyanın fikrincə, Türkiyənin bu mövqeyi regionda stabilliyin pozulmasına cəhddir və bu destabilizativ münasibət ciddi narahatlıq doğurur.
Nikol Paşinyanın rəhbərlik ilə keçirilən Ermənistan hökumətinin növbədənkənar toplantısında Baş nazir sərhədində baş verənlərin məsuliyyətini Azərbaycan tərəfinin üzərinə atıb. Onun fikrincə, guya bu döyüşü başladan Azərbaycan tərəfidir və Ermənistan sadəcə müdafiə olunur. Halbuki Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan rəsmi açıqlamasında döyüşlərin Azərbaycana məxsus UAZ avtomobilinə atəş açılmasıyla başladığını bildirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar