Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Nikol Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələri ilə görüşü başa çatıb.
Ovqat.com xəbər verir ki, məlumatı Sputnik-Ermənistan portalı yayıb.
Bildirildiyinə görə görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub. Müxalifətçilərin görüşün detallarını açıqlamaqdan imtina ediblər.
Görüş hökumətin binasında keçirilib.
Binanı ilk tərk edən Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov olub. Onun sözlərinə görə, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib.
"Görüş qapalı idi və detalları bildirmək səlahiyyətinə malik deyiləm. Əgər hökumət lazım bilsə, izahat verəcək", — deyə o əlavə edib.
Onun ardınca Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçyan binadan çıxıb və suallara cavab verməkdən imtina edib.
Qeyd edək ki, bu, baş nazirin parlamentdənkənar müxalifət nümayəndələri ilə ikinci görüşüdür.
Ovqat.com-un rəyini öyrəndiyi ekspertlərin fikrincə, görüşdə Paşinyan Dağlıq Qarabağdakı ağır vəziyyətlə əlaqədar partiya liderlərini məlumatlandırıb və Ermənistanın qarşısında iki yol olduğunu bildirib: Ya təslim olmaq, ya da Azərbaycan ordusunun qarşısında daha ağır itkilər verərək Ermənistan ordusunun və dövlətinin tamamilə məhviylə razılaşmaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar