Xəbər lenti

 

İyulun 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Zaporojye vilayətinin Melitopol şəhərində düşmən bazasına endirdiyi zərbə nəticəsində azı 200 rusiyalı işğalçı həlak olub, 300-ə yaxını isə yaralanıb.

 

Ovqat.com-un məlumatına görə, bunu şəhər meri İvan Fyodorov bildirib. 

 

“Ayın 2-dən 3-cü günə keçən gecə Melitopol şəhəri ərazisində yerləşən hərbi bazalardan biri məhv edilib. Hərbi bazanın uzun müddət öz işini tam bərpası mümkün olmayıb. Qeyd edək ki, bu bazanın dağıdılması zamanı döyüş sursatı, yanacaq-sürtkü materialları olan anbarlar, raşistlərin (rus faşistləri) olduğu kazarmalar, eləcə də ona bitişik bir çox tikililər dağıdılıb”, - Fyodorov milli telemarafonun efirində bildirib.

 

Onun sözlərinə görə, bu hərbi bazanın vurulması zamanı rus işğalçıları 200-dən çox itki veriblər: “Həmçinin 300-ə yaxın raşist yaralanıb və onlar ələ keçirilən tibb müəssisələrimizin yerləşdiriliblər. Raşistlərin bu xəstəxanası tamamilə bağlanıb”.

 

Fyodorov həmçinin xatırladıb ki, Melitopol yaxınlığındakı dəmir yolu körpüsü partladılıb. “Hansı ki, həmin körpü ilə rus işğalçıları cəbhəyə silah və hərbi texnika daşıyırdılar. Raşistlərin iddiasına görə, körpünün özü uçub və heç bir qarşıdurma olmayıb, lakin bu, ağır silahların tədarükünü, təchizatını tamamilə məhdudlaşdırmaq üçün müqavimət qüvvələrinin həyata keçirdikləri əməliyyatın nəticəsidir. Bu körpü ilə Zaporojye və Donetsk vilayətlərindəki döyüş xəttinə döyüş sursatları göndərilirdi”, - Fyodorov qeyd edib.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 4 560          Tarix: 5-07-2022, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma