Naxçıvanın sabiq “xan”ı Vasif Talıbov vaxtsız dünyasını dəyişən qardaşı oğlu Vüsal Talıbovun yas mərasimində iştirak etmir.
Ovqat.com-a bu barədə yas mərasiminin keçirildiyi Aralıq kəndinin sakinlərindən biri bildirib.
Məlumata görə, Vasif Talıbovun yasda iştirak etməməsinin maraqlı bir səbəbi var: xəcalətindən insan arasına çıxa bilməməsi.
Mənbəmizin iddiasına inansaq, dünən dünyasını dəyişən Vüsal Talıbov əslində Vasif Talıbovun vaxtilə ən çox dəyər verdiyi insanlardan olub. Mərhum qardaşı İlqar Talıbovun oğlu olan Vüsal bir zamanlar “xan” çevrəsində Vasif Talıbovun siyasi varisi kimi tanınırmış. “Xan”ın həqiqətən də hakimiyyətini ona ötürmək kimi planı varmış. Di gəl ki, “xanzadə” Seymur böyüdükdən sonra atasının bu planını pozmağı bacarır. Özünü “xan” varisi elan edən Seymur təhlükəni tamamilə ortadan qaldırmaq üçün Vüsalı Naxçıvandan uzaqlaşdırır. Uzun illər İstanbulda yaşamağa məcbur olan Vüsal Talıbov özünə olan bu haqsızlığın mənəvi əzabını çəkir və dərdini yazdığı şeirlərə, bəslətdiyi mahnılara tökürmüş. Ömrünün son illərində pulsuzluqdan əziyyət çəkdiyinə dair iddialar da var. Təsəvvür edin, Naxçıvan əhalisinin haqqını mənimsəyib milyardlarla oynayan Talıbovlar hətta öz doğmalarının müalicəsinə belə, pul ayırmaq istəməyiblər.
Görünür, Vasif Talıbovun yasda iştirak etməməsinin önəmli səbəblərindən biri də bununla bağlıdır. Qardaşı oğluna həyan durmamasının gətirdiyi utanc hissi onu yasda iştirak etməkdən çəkindiribmiş. Bütün bunlara baxmayaraq, Vasif Talıbovun hələ də xəcalət hissi kimi yüksək mənəvi keyfiyyətini qoruması təqdirə layiqdir.
Paylaş: