Xəbər lenti


Naxçıvanda "canişin" zülmünə qarşı intihar aksiyaları getdikcə geniş vüsət almağa başlayıb. 

 

Bir müddət əvvəl Naxçıvandakı Kapital bankın binası üzərində "intihar" şousu təşkil edən vətəndaşdan bir neçə gün sonra Tarix muzeyindən atəş səsləri gəlmişdi. Polislərin müdaxiləsi nəticəsində qarşısı alınan hadisənin araşdırılması zamanı məlum olmuşdu ki, atəş açan şəxs özünü öldürmək istəyirmiş.

 

Aldığım son məlumata görə, bu gün səhər tezdən bir gənc qadın Sizin marketin binası üzərindən özünü atıb. İntihar cəhdinin motivləri dəqiq bilinmir. İlkin məlumatlara görə, o da işsizlik, sosial ədalətsizliklərin kulminasiya həddinə çıxması ucbatından canına qəsd etmək fikrinə düşüb.

 

İntihara təşəbbüs göstərənin sağlıq durumu barədə hər hansı məlumat verilmir. Sadəcə o bildirilir ki, "Sizin market" mağazası çoxmərtəbəli binanın alt qatında yerləşir. 

Naxçıvanlılar dərd əlindən damlara çıxıb intihar etməyə çalışdığı bir zamanda "canişin" həzrətlərinin sorağı Ordubaddan gəlir. İddialara inansaq, o, bir müddət əvvəl Ordubadda falabaxan kimi fəaliyyət göstərən Elmira xalanı hüzurlarına çağırmış və özünün bəxtinə, daha doğrusu, onu hansı taleyin gözlədiyinə baxdırmışdır. Hətta paytaxtla özü arasında "mehr duası" yazdırdığına dair iddialar da var.




Ana səhifəyə qayıt        Baxış: 5 889          Tarix: 8-07-2024, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma